525.Az

Dini icma yaradılması ilə bağlı Komitə sədrinə müraciət edilib


 

Dini icma yaradılması ilə bağlı Komitə sədrinə müraciət edilib<b style="color:red"></b> Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Lənkəranda   Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvar və Cəbrayıl rayonlarından olan 40-a yaxın vətəndaşı qəbul edib.

Komitədən Lent.az-a verilən məlumata görə, müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, Bakı İslam Universitetinin Lənkəran filialının fəaliyyətinin bərpası, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub.
 
Komitə sədri M. Qurbanlı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

Qəbul zamanı müraciətlərin bir qismi yerindəcə həllini tapıb.

Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
 





25.11.2014    çap et  çap et