525.Az

Dövlət Miqrasiya Proqramı hazırlanacaq


 

Dövlət Miqrasiya Proqramı hazırlanacaq<b style="color:red"></b> Miqrasiya siyasətinin həyata keçirilməsinin səmərəliliyinin artırılması məqsədilə 2015-2020-ci illəri əhatə edən Dövlət Miqrasiya Proqramı hazırlanacaq.
 
Lent.az-ın məlumatına görə, bu, 2014-2025-ci illəri əhatə edən “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda nəzərdə tutulub. Proqramda daxili və xarici miqrasiya axınlarının uçotunun aparılması işinin təkmilləşdirilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bundan başqa qeyri-qanuni miqrasiyanın qarşısının alınması və onunla mübarizə üzrə səmərəli mexanizmlərin işlənilməsinə dair tədbirlər həyata keçiriləcək.

İnsan alverinə qarşı mübarizəyə dair əhali, o cümlədən yeniyetmə və gənclər arasında maarifləndirmə kompaniyasının həyata keçirilməsi nəzərdə tutulub.

Bütün bunların icrası Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV), Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına həvalə olunub.
 





25.11.2014    çap et  çap et