525.Az

Ermənilər "dəfn mərasimi" təşkil edib


 

Ermənilər "dəfn mərasimi" təşkil edib<b style="color:red"></b>

Ermənistanın “Aysor.am” saytı noyabrın 25-də məlumat yayaraq iddia edib ki, noyabrın 12-də Azərbaycan ordusunun vurduğu hərbi vertolyotda ölən üç zabitin qalıqları Yerevanda dəfn edilib. Qeyd olunur ki, dəfn mərasimi “Yerablur” hərbi qəbiristanlığında keçirilib.

Noyabrın 22-də işğalçı Ermənistan Respublikasının və qanunsuz Dağlıq Qarabağ rejiminin media quruluşları məlumatlar yayaraq noyabrın 12-si Ağdamda vurulmuş helikopterin düşdüyü ərazidə xüsusi əməliyyat keçirildiyini, ekipaj üzvlərindən birinin meyitinin, ikisinin isə qalıqlarının çıxarıldığını iddia edib.

“Media forum” saytı xatırladır ki, həmin gün Azərbaycanın Müdafiə Nazirliyi təkzib açıqlaması yayıb.

Açıqlamada deyilir ki, Ermənistan Silahlı Qüvvələrinə məxsus helikopterin düşdüyü ərazidən meyitlərin qalıqlarının çıxarılması ilə əlaqədar guya xüsusi əməliyyat keçirilməsi barədə erməni tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur, bu məqsədyönlü surətdə yayılan növbəti təxribatdır və yalandır:

“Düşmən tərəfinin vurulmuş helikopterdəki meyitlərin adı altında hər hansı bir qalıqları nümayiş etdirə biləcəyi ehtimalını əvvəlcədən təxmin edərək bildiririk ki, bu ancaq erməni xalqını aldatmaq niyyəti ilə əvvəllər verdikləri itkilərin nümayişi ola bilər”.

 

 





25.11.2014    çap et  çap et