525.Az

“Keşlə qəbiristanlığı köçürülməyəcək”


 

“Keşlə qəbiristanlığı köçürülməyəcək” <b style="color:red"></b>

“Keşlə qəbiristanlığının köçürülməsi tamamilə uydurmadır, ağ yalandır”.
 
Bunu Modern.az-a açıqlamasında Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov bildirib:

“Əgər belə bir məsələ gündəmə gələrdisə, mütləq məlumatımız olardıq. Qəbiristanlıq köçürülməsi kiçik məsələ deyil. Mütləq şəkildə əvvəldən yer ayrılmaldır, orda çox sayda insanların qəbirləri var. Kimin ağlına nə gəlir yazır. Yazmamışdan əvvəl soruşub dəqiqləşdirmək mümkündür. Mühafizəçidən məlumat alıb yazmaq olar?!”

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin saytında Keşlə qəbiristanlığının köçürülməsinə dair xəbər yer alıb.

 





25.11.2014    çap et  çap et