525.Az

Vaqif Səmədoğlu xüsusi təyyarə ilə İsrailə aparılıb


 

Vaqif Səmədoğlu xüsusi təyyarə ilə İsrailə aparılıb<b style="color:red"></b> Xalq şairi Vaqif Səmədoğlu müalicə üçün yenidən İsrailə aparılıb.
 
Şairin qızı Nigar VəkilovanınAPA-ya verdiyi məlumata görə, V. Səmədoğlu bu gün səhər həyat yoldaşı Nüşabə Vəkilova ilə bir yerdə xüsusi təyyarə ilə İsrailə yola salınıb.
 
Qeyd edək ki, bir neçə gün öncə V. Səmədoğlunun səhhətində yenidən problem yaranıb. Şair xərçəng xəstəliyindən əziyyət çəkir.
 





26.11.2014    çap et  çap et