525.Az

Sürücülərə şad xəbər


 

Sürücülərə şad xəbər<b style="color:red"></b> Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Avtovağzal dairəsi adlanan ərazisinin Dairəvi yola birləşdirilməsi məqsədilə yeni yol tikilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Lent.az-a verilən məlumata görə, sözügedən yolun ümumi uzunluğu 1 km-dən artıq, eni isə 13 m təşkil edəcək.

3 zolaqlı yol üzərində uzunluğu 445 m uzunluğunda15 aşırımdan ibarət estakada inşa olacaq. Hazırda estakadanın başlanğıc və Dairəvi yola birləşən hissəsində, yəni kənar dayaqların özülündə svayların (qazma-doldurma metodu ilə) quraşdırılması, orta dayaqlarda isə armaturlanma və betonlanma işləri gedir.

Sözügedən layihə istismara verildikdən sonra Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri Şamaxinka adalanan əraziyə daxil olmadan Stend Atıcılığı İdman Kompleksinə və Dairəvi avtomobil yolununa manesiz çıxa biləcəklər.
 





26.11.2014    çap et  çap et