525.Az

"Xəzər" jurnalının saytı açılıb


 

"Xəzər" jurnalının saytı açılıb<b style="color:red"></b> Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan "Xəzər" dünya ədəbiyyatı dərgisinin saytı (xezerjurnali.az) fəaliyyətə başlayıb.

Saytın arxiv bölümündə jurnalın müxtəlif saylarının tam elektron versiyasını oxumaq mümkündür. Bundan başqa,  “Layihələr", "Ədəbi-mədəni yeniliklər" və "Haqqımızda" adlı bölümlərindən Mərkəzin fəaliyyəti və jurnalda dərc olunan materiallar barədə informasiyalar yerləşdirilib. Xererjurnali.az saytının "Bu sayda" bölməsində son nömrədə yer alan tərcümə materiallarının anonsu verilib.

1989-cu ildən nəşr olunan "Xəzər" dərgisi hazırda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı kimi fəaliyyətini davam etdirir. Jurnalın baş redaktoru yazıçı-tərcüməçi Afaq Məsuddur.
 





26.11.2014    çap et  çap et