525.Az

Birinci Dünya müharibəsinə həsr olunmuş sərgi təşkil edilib


 

Birinci Dünya müharibəsinə həsr olunmuş sərgi təşkil edilib<b style="color:red"></b> Birinci Dünya müharibəsinin 100-cü ildönümü ilə əlaqədar noyabrın 24-də "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində sərgi keçirilib və silsilə tədbirlərin açılışı olub.

Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel öz çıxışında toplaşanlara minnətdarlığını bildirib və Birinci Dünya müharibəsindən danışıb. O qeyd edib ki, bu müharibə milyonlarla insanın həyatına son qoyub, bir çox dövlətlərə böyük ziyan vurub. Məhz buna görə də XX əsrin bu faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər tez-tez keçirilməlidir.

Fransanın Azərbaycandakı səfiri Paskal Monye qeyd edib ki, Fransa ilə Almaniyanı möhkəm dostluq münasibətləri və bir çox sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq birləşdirir.
Sərgidə fransız rəssamı Fernan Zakonun işləri, habelə XX əsrin əvvəllərində və Birinci Dünya müharibəsi dövründə Avropanın həyatını əks etdirən ağ-qara fotoşəkillər nümayiş etdirilir.
Birinci Dünya müharibəsinin başlanmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində noyabrın 25-də Bakıda Erix Mariya Remarkın eyniadlı romanı əsasında çəkilmiş "Qərb cəbhəsində dəyişiklik yoxdur" filmi göstərilib, noyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasında alman tarixçisi Folker Venorun təqdimatı keçiriləcək, noyabrın 27-də "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində konsert, noyabrın 28-də isə Jan Klod Leskurun kitabının təqdimatı olacaq.
 





26.11.2014    çap et  çap et