525.Az

"Bələdiyyə seçkiləri gərgin, maraqlı keçəcək"


 

"Bələdiyyə seçkiləri gərgin, maraqlı keçəcək"<b style="color:red"></b> "Qarşıdan gələn növbəti bələdiyyə seçkiləri  çox gərgin və maraqlı mübarizə şəraitində keçəcək".

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin dünən keçirilən iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə dilə gətirib. Onun qeyd etdiyinə görə, çünki ölkədə bələdiyyələrin fəaliyyəti, bələdiyyələrin ildən-ilə nüfuzu artdıqca, gücləndikcə həmin yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq istəyən insanların da sayı artır:

"Heç təsadüfi deyil ki, hazırda bələdiyyələrdə bir yerə 3 nəfərin namizədliyi qeydə alınb. Ancaq kimlər ki, insanları inandıra biləcəklər, onlar bələdiyyələrə seçiləcək, təmsilçilik hüququ qazanacaqlar. Eyni zamanda,  bizim hazırda 5 illik fəaliyyətləri sona çatmaqda olan bələdiyyələrə arzumuz, tapşırığımız odur ki,  bütün işləri-maliyyə məsələlərindən tutmuş digər məsələlərəcən onlara aid olan işləri yekunlaşdırsınlar ki, yeni seçiləcək bələdiyyələrə problem yaratmasınlar".

M. Səlimzadə onu da qeyd edib ki, ölkədə bələdiyyə seçkilərinə ciddi hazırlıq işləri görülür: "Məsələn, əhalinin seçkilərlə bağlı maarifləndirilməsi yönündə işləri Mərkəzi Seçki Komissiyası həyata keçirir. Həmçinin, maddi-texniki təhcizat məsələləri ən müasir standartlara uyğun şəkildə reallaşdırılır. Yəni, demək istəyirəm ki, ölkəmiz növbəti bələdiyyə seçkilərinə hazırdır".

Kamil HƏMZƏOĞLU
 





26.11.2014    çap et  çap et