525.Az

Səfər Əbiyev Qətərdə görüşlər keçirib


 

Səfər Əbiyev Qətərdə görüşlər keçirib<b style="color:red"></b>

Qətər dövlətinin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həməd Bin Əli Əl-Atiyyənin dəvəti ilə bu ölkədə səfərdə olan müdafiə naziri general polkovnik Səfər Əbiyevin Qətər dövlətinin vəliəhdi Şeyx Tamim Bin Həməd Əl Tani və Qətər Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşü olub.

Nazirliyin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, vəliəhdlə görüş zamanı ölkələrimiz arasında mövcud olan əlaqələr, o cümlədən hərbi sahədə əməkdaşlığın gedişatı və perspektivləri, regional təhlükəsizlik məsələləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət müzakirə edilib.

Baş Qərargah rəisi ilə görüş zamanı da hərbi sahədə əməkdaşlığın əsas istiqamətləri və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb. Bundan əlavə, “Yırtıcı Şahin-3” çoxmillətli birgə hərbi təlim proqramı çərçivəsində təşkil olunan, Ali Hərbi Rəhbərlərin seminarında iştirak edən Səfər Əbiyev həmin tədbirə qatılan Pakistan İslam Respublikasının müdafiə naziri və Birləşmiş Qərargahlar Komitəsinin sədri, Mərakeşin müdafiə naziri, Belarusun Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə də görüşlər keçirərək təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın perspektivləri barədə müzakirələr aparıb.

 





20.11.2012    çap et  çap et