525.Az

“Azərspace” üzərindən 130 kanal yayımlanır


 

“Azərspace” üzərindən 130 kanal yayımlanır<b style="color:red"></b> Azərbaycanın ilk milli telekommunikasiya peyki olan “Azərspace” üzərindən yayımlanan televiziya və radio kanallarının sayı artmaqdadır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən 525.az-a verilən məlumata görə, hazırda peyk üzərindən ümumilikdə 130 kanal yayımlanır.

Sözügedən kanalların 117 –si televiziya, 13-ü isə radiodur. Qeyd edək ki, “Azərspace” üzərindən 8 dildə
televiziya və radio kanalları yayımlanır.

Bu dillərə Azərbaycan (12 kanal), gürcü (35 kanal), rus (43 kanal) , türk (11 kanal), ukrayna (6 kanal), fars (1 kanal), əfqan (2 kanal), ingilis (4) dilləri daxildir. 
 





26.11.2014    çap et  çap et