525.Az

Nazir professoru idarə rəisi təyin etdi


 

Nazir professoru idarə rəisi təyin etdi <b style="color:red"></b> Səhiyyə naziri Oqtay Şirəliyev kadr dəyişikliyi həyata keçirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin Lent.az-a verdiyi məlumata görə, nazirin əmri ilə Əlikram Məmmədov Gəncə şəhər Səhiyyə İdarəsinə yeni rəis təyin edilib. O. Şirəliyevin digər əmri ilə Mehman Rzayev Gəncə Səhiyyə İdarəsinin rəisi vəzifədən azad olunub.
 
Qeyd edək ki, Ə. Məmmədov tibb elmləri doktoru, professor, əməkdar həkim, ATU-nun III cərrahi xəstəliklər kafedrasının müdiridir.
 





26.11.2014    çap et  çap et