525.Az

Sarkisyan Aİ səfirləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib


 

Sarkisyan Aİ səfirləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib<b style="color:red"></b>

Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 26-da Avropa İttifaqı (Aİ) ölkələrinin Yerevanda akkreditə olunmuş səfirləri və Aİ-nin bu ölkədəki nümayəndə heyətinin rəhbəri, səfir Trayan Xristea ilə işgüzar nahar edib.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, S.Sarkisyan səfirlərlə Ermənistanın xarici siyasətindən danışıb və Ermənistan-Aİ əlaqələri və əməkdaşlığın inkişaf perspektivləri, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması məsələlərinə, regional problemlər və çağırışlara toxunub.

O, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son proseslərdən bəhs edib.

 

 





26.11.2014    çap et  çap et