525.Az

Gənclər səfirlə görüşdülər (FOTOLAR)


 

Gənclər səfirlə görüşdülər<b style="color:red"> (FOTOLAR)</b>

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) noyabrın 19-da İndoneziyanın ölkəmizdəki səfiri, cənab Prayono Atiyanto ilə görüşübr.

Görüşdə İndoneziya səfirlyinin digər rəsmiləri və əməkdaşları da iştirak ediblər.

İttifaqın mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, görüşün əvvəlində İndoneziya və Azərbaycan arasında mövcud əlaqələri şərh edən cənab səfir, iki ölkə arasındakı dostluq münasibətlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, bu gün ortaq mədəni dəyərlərə sahib ölkələrimizin dostluq əlaqələrində gənclərin də xüsusi rolu olmalıdır.

Cənab səfiri ATGTİ-nin həyata keçirdiyi layihələr və ümumi fəaliyyət istiqamətləri ilə tanış edən nümayəndə heyətimiz, təşkilatın beynəxalq əlaqələr sahəsində qazandığı uğurlar haqda da söz açıblar.

ATGTİ ilə İndoneziya səfirliyi arasında gələcək fəaliyyət istiqamətlərini müzakirə edən tərəflər mədəniyyət, incəsənət, tarix sahəsində birgə fəaliyyət planı tərtib etmək barədə razılığa gəliblər. Cənab səfirin sözlərinə görə bu gün onun ölkəsində 242 milyondan çox əhali yaşayır və əhalinin 60%-ni ali təhsilli gənclər təşkil edir. Tələbələr və tələbə təşkilatları sahəsində əlaqələrin inkişafına toxunan səfir Qacan Mado, Unpad Universitetlərinin tələbə özünüidarəetmə qurpları ilə ilkin dövr üçün əlaqə və təcrübə proqramlarının keçirilməsinin məqəsədyönümlü olduğunu qeyd edib, gələcəkdə tələbə mübadilə proqramlarının reallaşdırılmasının da zəruri olduğunu bildirib.

Görüşün sonunda cənab Atiyanto ATGTİ nümayəndə heyətinin öz ölkəsinin qədim musiqi alətləri, milli mətbəxi ilə də tanış edərək onlara xatirə hədiyyəsi verib. Öz növbəsində ATGTİ tərəfi səfirə təşkilatın çap məhsullarını və xatirə hədiyyəsi təqdim e5ər.

 





20.11.2012    çap et  çap et