525.Az

Vaqif Səmədoğlunun səhhətində irəliləyiş var


 

Vaqif Səmədoğlunun səhhətində irəliləyiş var<b style="color:red"></b>

Xalq şairi Vaqif Səmədoğlunun səhhətində irəliləyiş var.

Bu barədə APA-ya şairin qızı Nigar Vəkilova məlumat verib.
 
Onun sözlərinə görə, artıq İsraildə V. Səmədoğlunun müalicəsinə başlanılıb:

“Müalicə davam edir, səhhətində irəliləyiş hiss olunur. Burdan gedəndə vəziyyəti o qədər də kritik deyildi, amma hər halda, İsraildə müalicə almasına ehtiyac yaranmışdı. Müalicələri bir müddət davam edəndən sonra daha da yaxşılaşacaq, hər şey yaxşı olacaq”.
 
Qeyd edək ki, V. Səmədoğlu xərçəng xəstəliyindən əziyyət çəkir. O, dünən xüsusi təyyarə ilə İsrailə aparılıb.

 





27.11.2014    çap et  çap et