525.Az

"Zəngin qız, kasıb oğlan"dan Musiqili Teatra


 

"Zəngin qız, kasıb oğlan"dan Musiqili Teatra<b style="color:red"></b> Uzun müddətdən bəri qardaş Türkiyənin TRT-1 kanalında yayımlanan məşhur "Zəngin qız, kasıb oğlan" bədii televiziya serialından həkim Ramin obrazı ilə azərbaycanlı tamaşaçılara da yaxşı tanış olan aktyor Nicat Həbibov bu yaxınlarda Azərbaycan Dövlət Musiqili Teatrında çalışmağa başlayıb.

Bununla bağlı AzərTAc-a açıqlamasında Nicat Həbibov bildirib ki, Musiqili Teatrda çalışmaq onun çoxdankı arzusu idi:

"Bu arzumu həyata keçirmək üçün ötən ay teatrın direktoru Əliqismət Lalayevlə görüşdüm, o, məni dinlədi və illərdən bəri ürəyimdə gəzdirdiyim arzunu gerçəkləşdirdi. Artıq mən Musiqili Teatrın əməkdaşıyam.

Hazırda Şarl Peronun "Yatmış gözəl və cırtdanlar" tamaşasında baş rolun - Kral obrazının məşqlərinə başlamışam. İnanıram ki, mənə göstərilmiş etimadı doğruldacağam".

Qeyd edək ki, buna qədər gənc aktyor "Sübhün səfiri" filmində Mirzə Fətəli Axundzadənin gəncliyini, "Sirr", "Döngələr", "Son hədd" və digər bədii film və seriallarda baş qəhrəmanların obrazlarını canlandırıb.
 





27.11.2014    çap et  çap et