525.Az

Təhsil Problemləri İnstitutu növbəti uğura imza atıb


 

Təhsil Problemləri İnstitutu növbəti uğura imza atıb<b style="color:red"></b>

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda  "Elektron məktəb üçün Elektron müəllim" təlim kursunun müdavimləri ilə görüş olub.
 
İnstitutun direktoru,  hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov bildirib ki, Azərbaycan dövləti  təhsildə informasiya kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət ayrılır. O, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilən  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əsas prioritet məsələlərindən biri  olan informasiya kommunikasiya texnologiyalarından tədrisdə  istifadəsinə geniş yer verildiyini deyib.  Natiq söyləyib ki,  İKT-nin təhsildə tədbiqinin  gücləndirilməsinə daha çox xüsusi diqqət artıran bir çox ölkələr kimi Azərbaycanda da, bu istiqamət üzrə çox işlər görülür.  Artıq təcrübədə özünü doğruldan həmkarların öyrənmə  və öyrətmə  potensiallarını təhsildə birləşdirərək peşəkar inkişafa yönəltməklə təhsilə dəstək olan Təhsil Problemləri İnstitutunun növbəti dəfə uğurlu bir layihəyə imza atıb. İnstitutda ilk dəfə olaraq məsafədən (distant) olaraq  "Elektron məktəb üçün elektron müəllim" təlim kursları keçirilib. 

 "Elektron məktəb üçün elektron müəllim" təlimi Azərbaycanın əməkdar müəllimi, beynəlxalq dərəcəli təlimçi Almaz Həsrət tərəfindən keçirilib. Kursun 3 günü auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı ilə, digər günlər isə məsafədən (distant) olaraq 1 ay müddətində keçirilib. Elektron təhsilə keçidlə əlaqədar olaraq kurs zamanı  müəllimlərə mühazirə, təqdimat, müzakirə, workshop, debat və  Veb  texnologiyalarından istifadə etmə kimi  təlim formatından istifadə olunub.  Kursun keçirilməsi zamanı aşağıdakı mövzulara toxunulub: elektron məktəb üçün elekton müəllim hazırlığının ən vacib aspektləri, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədi, distant-məsafədən təhsil zamanı virtual sinfin yaradılması, distant təhsilin keçirilməsi yolları, İKT-nin pedaqoji sahədə tətbiqi imkanları, İKT-nin  şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılmasında rolu, İKT, ev, məktəb və mədəniyyət, sosial şəbəkələr və təhsil, veb texnologiyalar, Elektron dərslərin hazırlanması mexanizmi və s.

Kursda Azərbaycanın şəhər və rayonlarından 60-dan çox təhsil işçiləri qatılıb.  Onlardan  Qazax, İmişli, Şəmkir,  Ağstafa, Yevlax, İsmayıllı, Kürdəmir, Laçın (Bərdə), Salyan,  Lənkəran,  Lerik,  Abşeron , Sumqayıt , Qaradağ və Bakı şəhər orta məktəb, ali məktəb müəllimləri, direktorlar, tələbə və psixoloqlar iştirak ediblər. "Elektron məktəb üçün elektron müəllim" kursunun davamlı olaraq bütün regionlarda keçirilməsini, həmçinin də bu kursun əhəmiyyəti və müasir zamanla ayaqlaşan təhsil sisteminə önəmliliyi barədə danışıblar.

Sonda institutun direktoru Qulu Novruzov bir daha kursun müdavimlərini  təbrik edərək onlara sertifikatları təqdim eləyib.

Vəfa MƏMMƏDLİ

 





27.11.2014    çap et  çap et