525.Az

Yalançı endirim kampaniyaları


 

Yalançı endirim kampaniyaları <b style="color:red"></b>

Ceyhun ABASOV

GÜZGÜNÜN
GÖRÜNMƏYƏN ÜZÜ

 

Paytaxtın ən gözəgəlimli küçələrində vitrinləri bərq vurub yanan çeşidli geyim-kecim mağazaları göz qamaşdırır. Əksəriyyəti iddialı endirim kampaniyaları ilə müştərilərə gəl-gəl deyir.

 

Amma bir əmma var ki, bazar iqtisadiyyatını bazara döndərmiş bir çox mağazalarda satıcılar satdıqları malın keyfiyyətinin yüksək, qiymətinin bazar satış qiymətlərindən xeyli ucuz olduğunu iddia eləsələr , endirimdən sonrakı qiymət fərqi dəyişmir ki, dəyişmir  əvvəlcə malın qiyməti bir neçə qat artırılır, sonra daendirimbaşlayır.

 

Budur, bir mağazanın qarşısındayıqENDİRİM: HƏR MALIN QİYMƏTİ 10 MANAT. Mağazaya giririk təbii ki, 10 manata heç tapmaq olmur. Amma artıq sən mağazaya daxil olmusan: vay odu bir az üzüyumşaq olub ütük satıcının şirin dilinə aldanasannəsə almasan (təbii ki, 10 manata yox!) səndən əl çəkdi yoxdur!

 

Dünya təcrübəsində endirim kampaniyalarını əsasən istehsalçı şirkətlər aparır. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyevin fikrincə, bazar iqtisadiyyatı şəraitində müəssisələr bir-biri ilə rəqabət apararaq endirim kampaniyalarından istifadə edirlər: “Endririm kampaniyaları istehsalçı şirkətlər tərəfindən təşkil olunur. Məhsulun ilkin satışı baha qiymətə müəyyənləşir. Xüsusən bunu mövsümi geyim mallarında görmək mümkündür. Həmin istehsalçı şirkətlər mövsümün sonunda yaxud yeni məhsullarının istehsalı ərəfəsində həmişə əvvəlki məhsullardan qurtulmağa çalışırlar. Bu baxımdan məhsullarda real şəkildə endirimlər edirlər. Yəni, bu endirimlərin olması məhsullardan qurtulmaq, anbarların boşaldılması, məhsulu ən azından öz qiymətinə satmaq baxımından istehsalçı satış müəssisələrinə sərf edir. Bu, sırf marketinq siyasəti kimi adi, qəbul olunmuş haldır”.

 

Amma Azərbaycan şəraitində bunun tamam əksini görürük. Ekspertə görə, bunun başlıca səbəbi  Azərbaycan bazarında mağazaların əksəriyyətinin  istehsalçı şirkətləri təmsil etməməsidir: “Bu məhsullar hər hansı bir xarici ölkədən gətirilir bazara təklif olunur. Buna görə ticarətçi endirim etməkdə maraqlı olmur. Bu zaman onlar həmin məhsulu, sadəcə, müştərini cəlb etmək üçün saxta endirim kampaniyalarına qoşurlar.  Məhsulun qiymətini əvvəlcə artırır, daha sonra isə saxta endirim kampaniyasına qoşaraq əvvəlki qiymətinə alıcılara təklif edirlər”.

 

İqtisadçı-ekspert Ruslan Atakişiyev:

 

Mən özüm bir dəfə Avstriyada müşahidə apardım, endirim kampaniyasında olan istehlak məhsulunun son endirimdən əvvəlki qiyməti üzərində qeyd edilmişdi. Bu zaman müştəri qiymət fərqini aydın hiss edə bilir. Türkiyənin özündə biz endirim kampaniyaları ilə tanış olmuşuq. Orada da eyniylə həmin şəkildə endirim kampaniyaları təşkil olunur.

 

Bayramqabağıbahalaşma kampaniyaları

 

Adətən dünyanın əksər dövlətlərində bayram ərəfəsində mağazalar tələbatın çox olacağını yaxşı mənfəət qazanacaqlarını əvvəlcədən təhlil edərək bunun nəticəsində endirim kampaniyalarına start verirlər. Ölkəmizdə isə əksinə, alıcı tələbatından sui-istifadə olunaraq süni qiymət artımları yaradılır.

 

İqtisadçı-ekspert, Samir Əliyev:

 

Əslində, endirim kampaniyalarının olması müsbət haldır. Bu, dünyanın bir çox ölkələrində real olaraq təşkil edilir. Xüsusən belə endirim kampaniyaları bayramlar ərəfəsində intensivləşir. Məsələn, ən böyük endirimlər bir qayda olaraq Yeni il ərəfəsində baş tutur. ABŞ, Avropa ölkələrində noyabrdan başlayaraq yanvara qədər böyük həcmdə endirimlər olur mövsümü xarakter daşıyır. Yəni yaz aylarında qış geyimləri artıq aşağı qiymətə satılır.

 

Azərbaycanda da endirimlər var. Ancaq bunların dərəcədə reallığı əks etdirməsi şübhə doğurur. Bizdə bayramqabağı bir qayda olaraq endirim əvəzinə bahalaşma olur. Xüsusən ərzağın bahalaşması. Bu zaman satıcı istehlakçını aldadırsa, deməli, onun hüququnu pozur. Bu halİstehlakçıların hüquqlarının müdafiəsi haqqındaqanunla  tənzimlənir. İstehlakçı aldadıldığını müəyyən etdiyi zaman məhkəməyə müraciət edə bilər. Digər tərəfdən, qanuna görə müştəriyə düzgün məlumat verilməlidir. Əgər yalandan endirim yazıb malın qiymətini aşağı salırsa, bu, artıq qanunsuzluqdur həmin satıcı məsuliyyət daşıyır.

 

Qeyd edək ki, saxta endirim kampaniyalarına digər ölkələrdə rast gəlmək olar. Şimal qonşumuz olan Rusiyada artıq saxta endirimlər haqqında xüsusi qanun layihəsi qəbul edilib. Qanun layihəsinə əsasən, endirimlə satılan malın üzərində endirim kampaniyasından əvvəlki sonrakı qiymətlərin göstərilməsi tələb olunur. Bununla da qəbul olunmuş qanuna əsasən, Rusiyada saxta endirimlərə yol verən ticarət obyektlərinə cərimələr tətbiq olunmağa başladı. Bu cür qanunvericilik aktları əksər MDB ölkələrində, bəzi Mərkəzi Şərqi Avropa dövlətlərində qəbul edilib.

 

İqtisadçı-ekspert Ruslan Atakişiyev:

 

– “Reklam haqqındaqanunun  8-ci 10-cu maddələrinə əsasən, bilərəkdən saxtalığa yol vermiş müəssisə ya mağaza sahibi müvafiq qaydada cəzalandırılmalıdır. İstehlakçılar bu məsələyə həssas yanaşmalı müvafiq orqanları məlumatlandırmalıdırlar.

 

Vətəndaşlar İqtisadi-İnkişaf  Nazirliyinin nəzdindəki  İstehlak bazarına nəzarət xidməti onun qaynar xəttinə müraciət etməklə satış məhsulları barədə maraqlana rastlaşdıqları durumu bildirə bilərlər. Həmin idarənin əməkdaşları yerində araşdırma apararaq müvafiq tədbirlər görməlidir.

 

Cinayət Məcəlləsinin müvafiq bəndinə əsasən, həmin şəxslər şərti maliyyə vahidinin 100-300 misli arasında cərimə ya 80 saata qədər ictimai işlərlə cəzalandırıla bilərlər.

 

İstehlakçıların hüquqlarının müdafiəsi haqqındaqanuna əsasən, istehlakçının malın bütün sənədləri, habelə məhsulun qiymətləri barədə rəsmi məlumatı tələb etmək hüququ var. Qiymət sənədinə baxıb, həmin məhsula olan endirimin həqiqətə uyğun olub-olmadığını gözləri ilə görmələri hüquqi baxımdan mümkündür. Amma buna mağazalarda imkan yaradılmır. Demək olar ki, saxta endirim kampaniyalarına qarşı tədbirlər effektiv deyil. Yəqin ki, bu da Azərbaycanda istehlakçıların hüquqları ilə bağlı şikayətlərini eşidə biləcək mükəmməl mexanizmin olmamasıyla əlaqədardır. Yaranmış vəziyyətlə bağlı xüsusi qanun qəbul edilməli cərimələr artırılmalıdır.  
 





20.11.2012    çap et  çap et