525.Az

Siyasi partiyalara ayrılan vəsait artırıla bilər


 

Siyasi partiyalara ayrılan vəsait artırıla bilər<b style="color:red"></b>

Azərbaycan hökuməti 2015-ci ilin dövlət büdcəsində siyasi partiyalara ayrılan vəsaitin artırılması ilə bağlı təklifi nəzərdən keçirib.

APA-nın məlumatına görə, bunu Milli Məclisdə 2015-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
 
Onun sözlərinə görə, 2014-cü ilin büdcəsində siyasi partiyalara ayrılan vəsaitdən 10%, yəni 250 min manat qənaət edilib:

“Bu vəsaitin 2015-ci ilin büdcəsində istifadəsi mümkündür. Bunun üçün “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası qanununa düzəlişlər edilməlidir. Bu düzəlişlər məbləğin siyasi partiyalar arasında ədalətli şəkildə bölüşdürülməsinə şərait yaradacaq. Dəyişikliklərlə bağlı müvafiq qanun layihəsi hazırlanıb.

Yaxın vaxtlarda bu sənəd Milli Məclisə təqdim ediləcək”.

 





28.11.2014    çap et  çap et