525.Az

Uşaqların qayğısına qalaq


 

Uşaqların qayğısına qalaq<b style="color:red"></b>

Nigar ŞƏBİYEVA

20
noyabrÜmumdünya Uşaqlar Günüdür
İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri 

Uşaqların xüsusi müdafiəyə ehtiyacı var. Bu gün uşaqlar insan hüquqları subyekti olaraq beynəlxalq səviyyədə diqqət mərkəzindədir. Onların problemlərinin həlli hüquqlarının ən yaxşı maraqlarının müdafiəsi məqsədilə BMT-nin Baş Assambleyası tərəfindən 1989-cu il, 20 noyabr tarixliUşaq Hüquqları Konvensiyası” (UHK) Konvensiyanın  2000-ci il, 25 may tarixli Uşaq alverinə, uşaq fahişəliyinə uşaq pornoqrafiyasına dair Fakültativ ProtokoluUşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakültativ Protokoluqəbul edilib. Uşaq Hüquqları Konvensiyası BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir uşaqların yaşaması inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir.

Bu il ölkəmiz tərəfindən bu mühüm sənədin ratifikasiya edilməsindən 20 il, onun Fakültativ Protokollarına qoşulmasından isə 10 il ötür. Milli Məclisin 21 iyul 1992-ci il tarixli qanunu ilə BMT-ninUşaq Hüquqları HaqqındaKonvensiyasına, 2 aprel 2002-ci il tarixli Qanunu ilə Konvensiyanın Fakültativ Protokollarına qoşulub.

Bu illər ərzində respublikamızda uşaq hüquqlarının təmin olunması istiqamətində bir sıra sosial, iqtisadi hüquqi islahatlar həyata keçirilib, bu sahədə mühüm qanunvericilik aktları dövlət proqramları qəbul edilib. 1998-ci ildəUşaq hüquqları haqqındaAzərbaycan Respublikasının Qanunu qəbul olunub. Azərbaycanda ailə, qadın uşaq problemləri ilə sahəsində dövlət siyasətini tənzimlənməsini həyata keçirmək üçün mərkəzi icra hakimiyyəti orqanı olanAzərbaycan Respublikasının Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.

Azərbaycan prezidentinin 2012-ci il 8 may tarixli fərmanı iləUşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydasıtəsdiq edilib. Dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Respublikasının Konstitusiyası qanunları ilə müəyyən edilmiş hüquqlarının mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması səbəb ola biləcək halların qarşısının alınmasıdır.

Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin UHK-na qoşulduqdan sonra Konvensiyaya uyğun olaraq qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar ölkədə bu sahədə həyata keçirilmiş fəaliyyət, əldə olunmuş nailiyyətlər mövcud problemlər haqqında BMT-nin Uşaq Hüquqları Komitəsinə dövrü məruzələr təqdim edir   Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) bu hesabatların hazırlanmasında iştirak edir.

Müvəkkil ümumilikdə uşaq hüquqlarının etibarlı müdafiəsi üçün əsasən uşaq hüquqlarının pozulması ilə bağlı daxil olmuş şikayətlərin araşdırılması, uşaqların vəziyyətinin monitorinqi dövlət müəssisələrində uşaqların vəziyyətinin öyrənilməsi məqsədilə araşdırmanın aparılması, uşaq hüquqlarına dair milli qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması, maarifləndirmə təşviqat tədbirlərinin həyata keçirilməsi, uşaqların iştirakçılığının təmin edilməsi istedadlarının üzə çıxarılması, bu sahədə fəaliyyət göstərən dövlət qurumları, qeyri-hökumət təşkilatları beynəlxalq təşkilatlarla əməkdaşlıq kimi istiqamətlərdə fəaliyyət göstərir.

Müvəkkilin ünvanına uşaq hüquqlarının pozulması ilə bağlı müxtəlif məzmunlu şikayətlər  təhsil hüququnun, sağlamlıq hüququnun təmin olunması, uşaqlara qarşı baş vermiş fiziki, cinsi psixoloji zorakılıq, o cümlədən məişət zorakılığı, erkən nigah, alimentin ödənilməməsi, məhkəmə prosesində mənzilin ər-arvad arasında bölgüsü zamanı uşağın payının nəzərə alınmaması, uşağın mənzil hüququ, ünvanlı sosial yardımın verilməməsi, şərəf ləyaqətin alçaldılması, doğum haqqında şəhadətnamənin alınmasında süründərməçilik halları, uşaq bağçalarında, orta məktəblərdə rüşvət, polisin etinasızlığı digər məsələlərlə əlaqədar müraciətlər daxil olub müvafiq tədbirlər görülüb.

Uşaqların hüquqları pozulduqda, onların valideynlərinin təxirə salınmadan Müvəkkilə müraciət etməsi məqsədilə Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi texniki yardımı ilə Ombudsman təsisatında 24 saat ərzində xidmət göstərən 916 nömrəli üçrəqəmli qaynar xətt yaradılmış, bu haqda məlumat aidiyyatı dövlət qurumları, şəhər rayon icra hakimiyyətləri KİV vasitəsilə geniş şəkildə yayılıb. Bu xidmətin yaradılması ölkəmizdə uşaq hüquqlarının daha etibarlı, səmərəli təxirəsalınmadan müdafiə olunmasına xidmət edir.

Prezidentin 28 dekabr 2006- il tarixli sərəncamı ilə İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planının (MFP) 27 dekabr 2011- il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) qəbul edilməsi uşaq hüquqlarının səmərəli şəkildə həyata keçirilməsinə böyük tövhə verməkdədir. Qəbul edilmiş plan proqrama uşaq hüquqlarının təbliği müdafiəsi ilə bağlı bir sıra mühüm bəndlər, o cümlədən ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi daxil edilib. Müvəkkil MFP-nin icrası tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə ölkənin hər bir şəhər rayonunda ictimai dinləmələr keçirib, müzakirələr aparılıb.

İnsan hüquqlarının o cümlədən uşaq hüquqlarının məktəblərdə tədrisi ilə bağlı Müvəkkilin təşəbbüsüylə Təhsil Nazirliyi ilə birgə pilləli təhsil üzrə tədbirlər planı hazırlanaraq təsdiq edilib. 2010-cu ildə Bakı şəhərinin Nəsimi, Yasamal Nərimanov rayonlarındakı 5, 31 207 saylı pilot məktəblərdə, 2011-ci ildə isə Bakı şəhəri üzrə hər rayonun bir məktəbində respublikamızın digər bölgələrindəQuba, Şabran, Cəlilabad, Biləsuvar, Şəki, Qəbələ, Gəncə Göygöl şəhər rayonlarında da layihə uğurla həyata keçirilib. Layihənin davamlılığını təmin etmək məqsədilə həmin təhsil ocaqlarında Uşaq Hüquqları Tədrisi Mərkəzləri yaradılıb.

Ötən illərdə olduğu kimi, bu il Müvəkkil BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızdaHər bir uşağın qayğısına qalaqşüarı altındaUşaq hüquqları aylığıkeçirmək təşəbbüsünü irəli sürmüşdür.

Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin yaxşılaşdırılması onların daha effektiv müdafiəsinin təmin olunmasıdır.

Azərbaycan Respublikasının Ombudsman təsisatı 2008-ci ildən Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin (ENOC) üzvüdür. Müvəkkil onun uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri ENOC-un illik konfransında iştirak edib, təqdimatlar etmiş, fikir təcrübə mübadiləsi aparıblar. 2010-cu ildən başlayaraq ENOC tərəfindən həyata keçirilən Avropa Gənc Məsləhətçilər Şəbəkəsi (ENYA – (European Network of Young Advisors) layihəsində Azərbaycan Uşaq Gənclərin Sülh Şəbəkəsinin üzvləri iştirak ediblər. Müvəkkilin əsas fəaliyyət istiqamətlərindən biri uşaq hüquqlarına dair milli qanunvericiliyin təkmilləşdirilməsi onun beynəlxalq qanunvericiliklə uyğunlaşdırılması üçün təkliflərin hazırlanmasıdır.

MüvəkkilUşaq iliçərçivəsində uşaq hüquqlarına dair qanunvericiliyi təhlil edib, normativ-hüquqi aktlarda təsbit olunmuş uşaq hüquqları ilə bağlı normalarının təkmilləşdirilməsinə dair təkliflər irəli sürüb Milli Məclisə göndərilib.

Nikah yaşının kişi qadınlar üçün 18 yaş müəyyən edilməsi ilə bağlı Ailə Məcəlləsinə əlavə dəyişikliklərin edilməsi təklifi ilə əlaqədar 15 noyabr 2011-ci il tarixli, 255-IVQD saylı Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə nikah yaşı qadınlar üçün artırılaraq 18 yaş müəyyən edildi.

Müvəkkil tərəfindənMəişət zorakılığı haqqındaAzərbaycan Respublikasının qanununun qəbul edilməsi tövsiyə olunub.

Uşaqların cinsi istismar sui-istifadədən müdafiə olunmasına dair Avropa Şurasının Konvensiyasının ratifikasiyasının Müvəkkil tərəfindən UNİCEF-in dəstəyilə hazırlanıb 2009-cu ildə Milli Məclisə təqdim edilmişUşaqların cismani cəzadan müdafiəsi haqqındaqanunun qəbul olunmasının sürətləndirilməsi təklif olunub.

Yuxarıda qeyd olunanlarla yanaşı uşaq hüquqlarına dair milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində uşaqların müdafiəsi naminə bir sıra başqa təklif tövsiyələr Müvəkkilin Uşaq hüquqları üzrə ixtisaslaşmış ilk məruzəsində illik məruzələrində əks olunmuş aidiyyəti qurumlara göndərilib.

2009-cu ildə ölkəmizdə elan olunmuşUşaq iliçərçivəsində BMT-nin Uşaq Hüquqları Bəyannaməsinin 50 illiyinə UHK-nın 20 illiyinə həsr olunmuş uşaq hüquqları sahəsində mövcud vəziyyəti Müvəkkilin fəaliyyətini, gələcəkdə uşaqların vəziyyətinin daha da yaxşılaşdırılmasına yönəlmiş təklif tövsiyələrini əks etdirən ilk ixtisaslaşmış məruzə hazırlanaraq nəşr edilib. BMT-nin Uşaq Hüquqları Bəyannaməsinin 50 illiyinə UHK-nın 20 illiyinə həsr olunmuş bu məruzə aidiyyatı dövlət qurumlarına, həmçinin BMT-nin Uşaq Hüquqları Komitəsinə, Avropa Şurasına, Avropa Uşaq Ombudsmanları Şəbəkəsinə (ENOC) digər beynəlxalq qurumlara göndərilib.

Məruzədə əks olunan təklif tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi məqsədilə aidiyyatı qurumlar tərəfindən görülən işlər təhlil edilib. Uşaqların maraqlarının ən yaxşı şəkildə təmin olunmasına yönəlmiş təkliflərin icrası məqsədilə aidiyyatı qurumların səlahiyyətləri çərçivəsində təqdirəlayiq işlər görülüb. Buna baxmayaraq qeyd etmək lazımdır ki, bir sıra təkliflərin icrası həyata keçirilməmiş qalır.

BMT-nin Uşaq hüquqları üzrə Komitəsinin 2006 2012-ci ildə Azərbaycan hökumətinin ikinci sonuncu dövri hesabatı üzrə verdiyi Yekun Müşahidələrində irəli sürdüyü tövsiyələrin həyata keçirilməsi istiqamətində bütün aidiyyəti qurumların əlaqələndirilmiş şəkildə fəaliyyəti çox zəruridir. Bütün uşaqların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlarınsağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olan, qanunla ziddiyyətdə olan, qaçqın məcburi köçkün uşaqların, miqrant ailələrdəki uşaqların hüquqlarının qorunması üçün hər birimiz səy göstərməliyik.

Gəlin uşaqların qayğısına qalaq!

 





20.11.2012    çap et  çap et