525.Az

Bu gecə Yer kürəsini tarixdə ən böyük maqnit burulğanı vuracaq


 

Bu gecə Yer kürəsini tarixdə ən böyük maqnit burulğanı vuracaq<b style="color:red"></b>

Mütəxəssislər insanları spirtli içkilər içməkdən yayınmağı və emosiyaları qorumağa çağırır

Yaxın günlərdə Yer kürəsini bu vaxta qədər müşahidə edilən ən güclü maqnit burulğanı vuracaq. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, NASA noyabrın 16-da Günəşdə nəhəng partlayış qeydə alıb.

Partlayış o qədər böyük olub ki, peyk vasitəsi ilə onu tam həcmdə çəkmək də mümkün olmayıb. Hazırda Yerə doğru böyük maqnit burulğanı hərəkət edir. Maqnit burulğanının bu gecə planetimizə çatması gözlənilir. Mütəxəssislər meteohəssas insanların indidən sağlamlıqlarının qayğısına qalmağa çağırır. Bu gün spirtli içkilər içməkdən yayınmaq və emosiyaları qorumaq lazımdır.

 





20.11.2012    çap et  çap et