525.Az
“Qarabağın görkəmli xadimləri” marka seriyası hazırlanıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” şirkəti yeni marka seriyası nəşr etdirib.
RYTN-dən “APA-Economics”ə verilən məlumata görə, “Qarabağın görkəmli xadimləri” adlandırılan marka seriyasına 6 poçt markası daxildir.
Markaların üzərində ayrı-ayrılıqda Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Əbdürrəhim Haqverdiyev, Bülbül, Üzeyir Hacıbəyov və Xan Şuşinskinin şəkilləri təsvir olunub.
Nəfis dizaynda hazırlanmış markaların birinin nominal dəyəri 50 qəpik təşkil edir.
28.11.2014 çap et