525.Az

Türkiyədəki azərbaycanlı tələbələrin yataqxana problemi var


 

Türkiyədəki azərbaycanlı tələbələrin yataqxana problemi var<b style="color:red"></b> Türkiyədə 8 minə yaxın azərbaycanlı tələbə ali təhsil alır.
 
APA-nın xəbərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyənin təhsil naziri Nabi Avcı keçirdiyi mətbuat konfransında deyib ki, onların yataqxana problemləri var.
 
Nazir qeyd edib ki, əvvəllər onlar üçün ayrı yataqxana torpaqlarının təsis edilməsi təklif olunub. N. Avcının sözlərinə görə, ancaq azərbaycanlı tələbələr türk tələbələrlə birlikdə eyni yataqxanalarda qalmaq istəyiblər:

“Biz də bu mövzuda işlərə başlamışdıq. Gənclər və İdman Nazirliyimiz mövzu üzərində çalışır. Gələn dərs ilindən azərbaycanlı tələbələr mümkün olduğu qədər türk tələbələrlə eyni yataqxanalarda yerləşdiriləcəklər”.
 
 





29.11.2014    çap et  çap et