525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Sabah Bakıda buludlu və çiskinli hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam çiskinli, az yağıntı olacağı gözlənilir. Gündüz arabir güclənən cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6, gündüz 6-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə noyabrın 30-da gecə və səhər bəzi yerlərdə duman, çiskin, əsasən şimal və şərq rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

 





29.11.2014    çap et  çap et