525.Az

ADU-da “Ənənəvi Çin çay mərasimi” keçirilib


 

ADU-da “Ənənəvi Çin çay mərasimi” keçirilib<b style="color:red"></b> Dünən  Azərbaycan Dillər Universitetində “Ənənəvi Çin çay mərasimi” adlı ədəbi-bədii tədbir keçirilib.

Universitetdən verilən xəbərə görə,  ADU-nun Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbir “Beynəlxalq çay günü”nə həsr olunub.  Çin dili və mədəniyyəti mərkəzinin direktoru  Rafiq Abbasov bayramın tarixi haqqında danışıb. O, Azərbaycanda çayçılığın inkişafından söz açaraq respublikanın iqtisadiyatında kənd təsərrüfatı sektorundakı islahatlarda Ümummilli Lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən Miniatür kitab muzeyinin direktoru  Zərifə Salahova Çinə etdiyi səfərlərdən, ölkənin ictimai-siyasi xadimləri ilə görüşlərdən, Çin xalqının qonaqpərvərliyi haqqında xatirələrini iştirakçılarla paylaşıb. Zərifə Salahova Çin dilində miniatür kitab kolleksiyasını mərkəzə hədiyyə edib.
 
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Lənkəranda çay fabrikinin açılış mərasimində iştirakından video görüntülər, Azərbaycan və Çin çay mədəniyyəti haqqında sənədli film nümayiş olunub. Prezident İlham Əliyevin 2003-2013-cü illərdə Azərbaycan-Çin münasibətlərinin inkişafında verdiyi töhfələrdən bəhs edən “İlham Əliyev – qədim xalqların dostluğunun müasir davamçısı” adlı kitab qonaqlara hədiyyə edilib.

Vəfa MƏMMƏDLİ 
 





29.11.2014    çap et  çap et