525.Az

Neftçilər prospektinin qalan hissəsi yaxın günlərdə istifadəyə veriləcək


 

Neftçilər prospektinin qalan hissəsi yaxın günlərdə istifadəyə veriləcək

Bakının Neftçilər prospektinin 1,3 km-lik hissəsi yaxın günlərdə istifadəyə veriləcək.

525.az-ın "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Neftçilər prospektinin Dəniz Vağzalının qarşısından Yusif Səfərov küçəsinədək olan hissəsində işlər sürətlə davam etdirilir. 1,3 km-lik hissənin artıq 800 metrinə üç laydan ibarət asfalt-beton örtük döşənib. Hazırda 500 m-lik hissədə düzləndirici qatın vurulması işləri həyata keçirilir.

Hava şəraiti normal keçərsə, yaxın bir neçə gündə işlər başa çatdırılacaq.

 





11.09.2012    çap et  çap et