525.Az

Səbaildə “Yaşıl marafon” davam edir


 

Səbaildə “Yaşıl marafon” davam edir<b style="color:red"></b> Bu ilin noyabrında Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start götürmüş “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində keçirilən aksiyalara Bakının Səbail rayonu da qoşulub.

Lent.az-ın məlumatına görə, növbəti iməclik rayonun Abbasqulu Abbaszadə küçəsi boyunca keçirilib. Həmin gün iməclikə rayon İcra Hakimiyyətinin, rayonun idarə və təşkilatlarının, təsərrüfat xidmətlərinin əməkdaşları ilə yanaşı, ali və orta məktəblərin  kollektivləri ümumilikdə 500 nəfər qoşulub.
 
Gün ərzində keçirilən ağacəkmə aksiyası zamanı 1000 ədəd yeni ağac və 1000 ədəd gül kolu əkilib, əvvəl əkilmiş 3000 ədəd ağaca qulluq göstərilib.
 
Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ağacəkmə aksiyasında fəallıq göstərən gənclərə İDEA İctimai Birliyinin “Yaşıl marafon” layihəsi, onun məqsəd və məramı barədə məlumat verib.
 
Qeyd edək ki, bu aksiya çərçivəsində Səbail rayonunda noyabrın əvvəlində keçirilən iməcliklərdə 3000 ədəd yeni ağac və 1000 ədəd gül kolu əkilib, yeni hazırlanmış sahəyə 3500 kvadrat metr qazon otu döşənmiş, əvvəl əkilmiş 2000 ədəd ağaclara qulluq göstərilib.
 





01.12.2014    çap et  çap et