525.Az

Bakıda ölümcül hala salınan qadın keçmiş nazirlik əməkdaşı imiş


 

Bakıda ölümcül hala salınan qadın keçmiş nazirlik əməkdaşı imiş<b style="color:red"></b>

Noyabrın 20-nə keçən gecə Bakı şəhərinin Səbail rayonu ərazisində quldurluq hadisəsi baş verib.

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, naməlum şəxs və ya şəxslər ev sahibinin evdə olmadığını düşünərək Zərgər Palan küçəsi ev 5, mənzil 40 ünvanına daxil olublar.

Bu zaman həmin şəxslərin qarşısına ev sahibəsi 76 yaşlı Aliyə Məmmdzadə çıxıb. Təşvişə düşən quldurlar qadına bıçaq və küt alətlə çoxsaylı zərbələr endirərək qaçıblar.

76 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, uzun illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışıb, nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Xidmətində baş mühasibə vəzifəsini icra edib, bir müddət əvvəl isə təqaüdə çıxıb.

Səbail rayon Polis İdarəsindən bildirilib ki, hazırda fakt əsasında müvafiq araşdırmalar aparılır.

 

 





20.11.2012    çap et  çap et