525.Az

TQDK-dan 11 adda vəsait


 

TQDK-dan 11 adda vəsait<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 1992-2012-ci illərdə testologiya sahəsindəki fəaliyyətinə həsr edilmiş, bütün imtahan fənləri üzrə 11 adda vəsait nəşr edib.

TQDK-nın mətbuat katibi Elnur Nağızadənin 525.az-a verdiyi məlumata görə. bu vəsait müəllimlər, test tərtibçiləri, ekspertlər, şagirdlər, abituriyentlər, ümumi təhsil müəssisələri üçün nəzərdə tutulub. Vəsaitlər tədris proqramlarının təkmilləşdirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi işində təhsil işçilərinə yardımçı olacaq. Müəllimlər vəsait vasitəsilə test tapşırıqlarının ölçmə və qiymətləndirmə meyarları ilə tanış olduqdan sonra tədris prosesində qabaqcıl təlim üsullarına, xüsusilə də nəzəri biliklərin tətbiqinə əsaslanan test tapşırıqlarına daha geniş yer verə biləcəklər:

“TQDK-nın apardığı elmi-metodiki təhlillər valideynlərin maraqları ilə üst-üstə düşdüyündən vəsait onlar üçün də əhəmiyyətli olacaq. Əksər ailələrdə bir neçə uşağın təhsil aldığını nəzərə alsaq, valideynlər bu kitablardan istifadə etməklə öz övladlarının təhsilinə, dərslərə hazırlığına nəzarət etmək imkanına malik olacaqlar”.

S.QARAYEVA

 

 





20.11.2012    çap et  çap et