525.Az

İnsan kimi də, yazıçı kimi də unudulmaz...


 

DƏYƏRLİ ƏDİBİMİZ, MAHİR ÇEKİST MUSA QOCAYEVƏ VƏFA BORCU

İnsan kimi də, yazıçı kimi də unudulmaz...<b style="color:red"></b>

Pislikləri tez bir zamanda unuduram, yaxşılıqlar isə illər boyu yadımdan çıxmır, ürəyimdə dolanır. Bir zaman əlimdən tutan, hayıma yetib, qayğıma qalan insanın nurlu çöhrəsi ömür boyu xəyalımdan silinmir. Əlim çatanları axtarıb tapır, əlim çatmayanların xatirələri ilə baş-başa verirəm. Düz 21 il bundan əvvəl, 1993- ildə eşitdiyim bəd xəbərin giziltiləri hələ canımdadır. Musa Qocayev həmin il vəfat elədi, 61 yaşında.

Doxsanıncı
illər ağır dövr idi. Onu axtarıb tapmaq ürəyimdən keçsə dövr özü asudə bir vaxtda görüşə imkan yaratmadı. Xülasə, indi çox şey demək olar, fakt odur ki, Musa Qocayevin mənə elədiklərinin əvəzini sağlığında ona qaytara bilmədim. Qaytaracağıməvəz”-təşəkkürlər, minnətdarlıqlar olacaqdı. DeyəcəkdimMusa müəllim, sən gözəl insansan, xeyirxah rəhbər, istedadlı yazıçı, qayğıkeş dost, ailə başçısısan. Bilirsənmi, hansı vaxtımda, hansı günümdə mənə əl tutdun, köməklik elədin. Elə vaxtda ki, kimsə bir balaca yubanıb, haya-haraya yetməsə, əldən yapışmasa, adam quyunun dibinə düşə bilər. Onda vaxt məndən ötrü çox ağır idi, cavan çiynim bu yükün altında əzilirdi”.

70-ci illərdə, Sovet dövrünün ən qaynar illərində, bütün nailiyyətlərin, göstəricilərin kəllə-çarxa vurduğu dövrdə şəhər rayonlarda sayılan əsas vəzifələrdən biri DTK rayon şöbəsinin sədri idi. Bizim idarələrimiz (mən o vaxt Əli-Bayramlıdaindiki Şirvanda çıxanİşıqqəzetində şöbə müdiri işləyirdim) bir-birinə yaxın idi. Pəncərədən-qapıdan şöbəyə gəlib-gedənləri aydın görürdük. Şöbə bir neçə rayona baxdığından, yaxud nəzarət etdiyindən üzbəüz səkinin böyrünə vəzifəlilərin maşınları düzülürdü. Şöbə əməkdaşları heç kəslə durub-oturmur, yanımızdan salamsız-kəlamsız keçir, işdir kimsə zarafatyana irad tutandavəzifənin belə tələb elədiyinideyirdilər. Biz artıq buna adət etmiş eyni zamanda bu fikri qəbul etmək məcburiyyətində qalmışdıq.

Həmin dövrdə mən çox ağır bir haqsızlıqla üz-üzə qaldım. Ətrafım, yaxınlarım ədalətsizliyin qurbanı olduğumu bilsələr , əllərindən heç gəlmirdi. Uçurum kənarında dayanmışdım sanki, güclü bir əl lazım idi, məni dərənin dibinə düşməkdən xilas eləsin. Kiçik bir səhvim adi səhlənkarlıq məsuliyyəti həddində olsa da, məsələm partiya komitəsinin bürosuna qaldırıldı. Büro iclasından əvvəl təlimatçılar, aparat məmurları mənə bol-bol məsləhət verib, etik qaydaları (?) gözləməyi, büronun çıxaracağı hər hansı qərarı ədalətli qanuni hesab etməyə borclu olduğumu tapşırdılar. “Ədalətli qanuni saymalı olduğumbüro qərarı ilə... işdən çıxarıldım. Cəmisi 25 yaşım var idi. Əyalətdə yazıb-yaradan gənc şair idim, dərdimi heç kəsə deyə bilmədim. Daxili sarsıntılarla qol-boyun olub, çətinliklərlə üzləşdiyim günlər başlandı. Yaxşı kişilərdən biri müdiri olduğu zavodda ixtisasıma, bacarığıma uyğun olmayan bir qulluq verdi. İşə gedib-gəlsəm , həyat məni sıxır, əzirdi. Elə bu vaxt DTK şəhər şöbəsinə yeni rəis təyin olundu. Adamlar yenə qapı-pəncərədən zəhmli idarə tərəfə boylanmağa başladılar. Səkinin böyrünə düzülən maşınların sırası yavaş-yavaş seyrəldi az müddət sonra onlardan bircəsi gözə dəymədi.

Təzə rəisin peşəkar, savadlı çekist, həm yazıçı olduğunu eşidəndə bəlkə hamıdan çox sevinən mən oldum. Ürəyimdə nəyə görəsə ümid qığılcımları yarandı. Sövq-təbii hiss etdim ki, deyəsən bəxtimə gün doğacaq. Təzə rəis tezliklə şöbənin zəhmli binasının həyətində, yaxınlıqdakı parkda görünməyə başladı. Üz-üzə gəldiyi adamlarla salam verib, salam aldı. Gözəl, yaraşıqlı adamdı, gözəgəlimli boy-buxunu var idi. Əsmər (vallah bu, yaxşı sözdür) sifətindən təbəssüm, istiqanlılıq, doğmalıq yağırdı. Tələm-tələsik, onun kitablarını axtarıb tapdım. Povest, hekayə, romanlarını oxuyandan sonra bir daha məndə yəqinlik yarandı; təzə rəis əsl camaat adamıdır, dövlətin, xalqın keşiyində dayanan güclü çekistdir. Dədə-babadan da görmüşük ki, güclü adamlar həmişə sadə olurlar. Çekist-yazıçının qəhrəmanları ağır dövlət qulluqlarındaistintaq orqanlarında çalışsalar da, bu sayaq vəzifə adamlarının sxolastik, şablon xarakterindən uzaq idilər. Onlarda insanpərvərlik, vətənpərvərlik hissi güclü idi, bu qəhrəmanlar mərdlik, cəsarətlilik nümunəsi göstərir, məsələlərə təkcə vəzifə rakurslarından deyil, kişilik, qeyrətlilik baxımından yanaşıb onların həllinə çalışırdılar. Musa Qocayevin qəhrəmanları ilə özü arasında son dərəcə güclü oxşarlıq var idi. Ürəyimdə onunla danışmağa başlamışdım. Görüş üçün məqam axtarırdım. Deməyə sözüm çox idi. Demək istəyirdim ki, yoldaş polkovnik, dəyərli yazıçımız, mən şairəm, söz adamıyam, haqsızlığa düçar olmuşam... Demək istəyirdim, ancaq harada, necə?...

Tələbəlik illərində böyük həvəslə kitabxanalardakı şeir dərnəklərinə gedərdik. Ağacavad Əlizadə Sabir adına kitabxanada şeir dərnəyinin rəhbəri, həm Azərbaycanjurnalının məsul katibi idi. Dərnəkdə bəyəndiyi şeirləri jurnalda çap etdirirdi. Özüm bilmirdim, nəyə görəsə mənə münasibəti sərin idi. Bəyəndiyi şeirlərin çapı barədə bir kəlmə söz demirdi. Bir dəfə Ağacavad bizi yığıb Montindəki (Nərimanov) bir peşə məktəbində görüşə apardı. Gənc şairlərə söz verəndə Ağacavad onların adının qabağınaistedadlı”, “qabiliyyətli”, “ümidverici bu kimi başqa sözlər əlavə etsə , mənim sadəcə ad-familiyamı deməklə kifayətləndi. Qələm dostlarımın hərəsi bir şeir oxumuşdu. Mən Anamaadlı şeirimi oxuyub oturmaq istəyəndə, alqış sədaları ara vermədi. Gözüm Ağacavadda idi, o, bir şeir oxumağımı istədi, bu dəfə məhəbbət şeiri oxudum. Gənclər yenə əl çaldılar, səs-küylə məni yenə şeir deməyə çağırdılar. Daha oxumadım. Etika gözlədim. Həmin görüşdən sonra Ağacavadın mənə olan münasibəti dəyişsə , “Azərbaycana şeir vermədim. Bir gün, kefim kök idi – “UlduzjurnalındaGecikmişəmadlı şeirim yaxşı bir şəklim dərc olunmuşduYazıçılar İttifaqının qabağında, əlimdə jurnal, Ağacavada rast gəldim. Köhnə dostlar kimi görüşdük.

Bilirəm məndən inciksən, şeirlərini gətir, bir padborka verəcəm, dedi.

Təşəkkürümü bildirdim. Əlavə elədi:

Əli-Bayramlıda var, yox, – birdən ani fikirləşib, – Musa necədir, – soruşdu, – Musa Qocayevi deyirəm, bizim dostumuzdur...

Əla məqam idi. Mən başıma gələnləri danışdım. Qocayevin mənə kömək edə biləcəyini, buna onun imkanının çatdığını dedim. Səssiz-səmirsiz cibindən kağız-qələm çıxartdı. Yaxınlıqdakı maşının kapotunun üstünə əyilib bu cümlələri yazdı: “Musa, salam, Tofiq Hüseyn bizim istedadlı gənclərimizdəndir. Haqsızlığa mübtəla olub. İmkan tapıb ona kömık etməyini dostcasına xahiş edirəm”.

Öpüşüb ayrıldıq. Səhəri gün Ağacavadın məktubunu şeirim dərc olunanUlduzjurnalının arasına qoyub Musa Qocayevin qəbuluna getdim. Ağacavadın məktubunu verdim, oxudu, sonra yavaşca jurnalın qatladığım səhifəsini göstərdim: “Mənim şeirimdir, – dedim, – təzə çıxıb”.

Şeiri oxumağa başladı bu anda mən bütün diqqətimi ona yönəltdim. İndiki məqamda şeirin oyatdığı reaksiya məndən ötrü çox vacib idi. Sifətindəki ifadədən hiss edirdim ki, şeir xoşuna gəlir. Hər bənddən sonra başını ehmalca tərpədir, çöhrəsinə xoş təbəssüm qonurdu.

Əla şeirdir, – dedi, – təbrik edirəm. İndi danış görək, səni niyə incidiblər”. Danışmağa başlayanda sözümü kəsdi: “Gəl belə eləyək. baş veribsə, hamısını olduğu kimi danış. Bu, işin xeyrinə olar”.

Ürəkləndim. Hadisə necə olubsa, artırıb-əskiltmədən nəql elədim.

Səni nahaq çıxardıblar, – dedi, – şəhər partiya komitəsinin bürosuna bir ərizə yaz, mənə danışdıqlarının hamısını ərizədə göstər. Aparıb verərsən ümumi şöbəyə. Tapşıracam, qeydiyyata alarlar”.

Sevindiyimdən, bilmirdim, edim. Ayağa qalxdım, iri, enli, cod əli ilə əlimi möhkəm sıxıb: “Hər şey yaxşı olacaq,- dedi, – darıxma”.

Düz bir həftədən sonra evə zəng vurub məni şəhər partiya komitəsinə çağırdılar. Təlimatçılar tapşırdılar ki, gözləmə otağında oturum, çağıranda pencəyimin, köynəyimin düymələrini bağlayıb içəri girim. Hansı qərar çıxsa, həmin qərara etiraz etməyim, partiya etikasını gözləyim.

Xeylilap iclasın axırına kimi gözlədim. Məni çağırmadılar. Aman Allah, ürəyimdən yenə qara qanlar axdı. İclas qurtarana kimi, necə deyərlər, o dünyanı görüb qayıtdım. Ancaq nahaq yerə. Bir azdan içəridəkilər bir-bir çölə çıxmağa başladılar. Lap axırda Musa Qocayev çıxdı, üzündəkimənə son dərəcə gözəl təsir bağışlayanxoş təbəssümlə... Yenə güclü, cod əli ilə əlimi sıxdı. “Təbrik edirəm, – dedi. –  Qayıt, yerində işlə, yaxşı məqalələr yaz, şəhər həyatını işıqlandır, səndən təzə şeirlər gözləyirik...”

İnternetdə Musa Qocayev haqqında məlumatlar axtardım. Zeynəb Cəfərli adlı bir xanımın məqaləsindən Musa müəllimin qısa tərcümeyi-halından başqa heç nəyə rast gəlmədim. Aman Allah! Musa Qocayevin saytda gedən şəkli mənimUlduzjurnalında çap olunan şəklimə qədər bənzəyir. Çox güman ki, Musa müəllim bu şəkli, mənim kimi, 25 yaşı olanda çəkdirib. Elə bil bir almanı yarı bölüblər. Kövrəldim. Bu gözəl ziyalı, yazıçı haqqında geniş məlumatlar yaymaqda saytlar, görəsən, niyə xəsislik edir? Ona niyə bu dərəcədə laqeydlik göstərilir? Axı Musa Qocayev 60- illərdə ədəbiyyata gəlmiş istedadlı yazıçılardan biridir. Sovet dövründə kitab nəşrinin necə çətin bir məsələ olduğunu heç birimiz unutmamışıq. Buna baxmayaraq, Musa müəllimin 1967-ci ildə çapdan çıxanMühüm tapşırıqkitabından sonra bir-birinin ardıncaTək əldən səs”, “Mühüm əməliyyat”, “Gecələrin mahnısı”, “Maye qızıl”, “Qartal balası”, “Məhəbbət olan yerdə”, “Qanlı çinarroman povestləri kitab halında nəşr olunub. Vaxtilə Xalid Əlimirzəyev, Nizami Cəfərov, Mustafa İsgəndərzadə başqa alimlər onun yaradıcılığını yüksək qiymətləndiriblər. Bu məqalələrdən çoxlu sitatlar gətirmək olar. Ancaq Nizami Cəfərovun: “Harda həyat həqiqəti varsa, Musa Qocayevin qələmi orda güclü olur” – fikri çekist-yazıçının yaradıcılıq məziyyətlərini tam ehtiva edir. Onun yaradıcılığı başdan-başa həyat həqiqətlərindən ibarətdir. Özü danışırdı ki, saatlarla istintaq prosesində iştirak edirəm, çünki cinayətkarlığın fəlsəfəsi çox mürəkkəb fəlsəfədir, insanlar niyə cinayətə əl atır, onları buna vadar edirçox maraqlıdır...

Nəhayət özümdə nisbətən yüngüllük, rahatlıq hiss edirəm. Musa müəllimin kitabları əlimin altındadır onun barəsində, gec olsa, yazmaq istədiyim yazını yekunlaşdırıram. Bir axı mən vaxt, hara gecikməmişəm ki... “Ulduzjurnalında 70-ci illərdə Musa müəllimin şəklinə oxşayan şəklimlə birgə dərc olunmuşGecikmişəmadlı şeirimdə dediyim kimi:

Bir işıq sürəti hardadır, harda?
Bir işıq sürəti gəzirəm hərdən
.
Mən tələsən yerə tramvaylar
da
Çox zaman tez çatır təyyarələrdən.

 





01.12.2014    çap et  çap et