525.Az

Bu il 561 nəfər QİÇS-ə yoluxub


 

Bu il 561 nəfər QİÇS-ə yoluxub <b style="color:red"></b> Azərbaycan QİÇS-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir.

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, İİV epidemiyasının müntəzəm aparılan monitorinqi onun əsasən yoluxmaya yüksək riskli əhali qrupuna aid olan infeksion narkotik istifadəçiləri arasında yayılmasını təsdiqləyir.

Bu ilin 11 ayı ərzində Azərbaycanda 561 yeni QİÇS-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata  alınıb. Onlardan 545-i (97,1%) Azərbaycan vətəndaşı, 16 nəfəri (2,9%) isə əcnəbi vətəndaşlardır. Qeydiyyata alınmış 545 Azərbaycan vətəndaşından 336-sı (61,7%) kişi, 209-u (38,3%) qadındır.

Ümumilikdə, Azərbaycanda ilk dəfə QİÇS-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2014-cü ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 4859 nəfər rəsmi qeydiyyata götürülüb.

Onlardan 4694 nəfəri (96,6%) Azərbaycan vətəndaşı, 165 nəfəri (3,4%) isə əcnəbilərdir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 3572-si (76,1%) kişi, 1122-i (23,9%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 1508 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1484 nəfərdir. QİÇS-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 667 nəfər, onlardan Azərbaycan vətəndaşların sayı 667 nəfər olub.

QİÇS-ə yoluxmuş 4694 Azərbaycan vətəndaşından 1198-i (25,5%) Bakı şəhəri və Abşeron rayonunda, 3656-sı (73,7%) Respublikanın digər 55 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 38 nəfərin (0,8%) yaşayış yeri naməlumdur.

Nazirlikdən o da bildirilib ki, Azərbaycanda İİV virusuna yoluxan uşaqların sayı 82 nəfərdir. 
 





01.12.2014    çap et  çap et