525.Az

Nazirlik meteohəssas insanlara xəbərdarlıq edib


 

Nazirlik meteohəssas insanlara xəbərdarlıq edib<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə xəbərdarlıq edib.

Lent.az-ın məlumatına görə, yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqi kəskin dəyişəcək. Şimal küləyi güclənəcək, eyni zamanda soyuq diskomfort hava şəraiti üstünlük təşkil edəcək. Bütün bunlar isə meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.
 
Qeyd edək ki, Azərbaycanda sabah güclü külək əsəcək, sulu qar və qar yağacaq.
 





01.12.2014    çap et  çap et