525.Az

Əli Həsənov geniş tərkibdə müşavirə keçirib


 

Əli Həsənov geniş tərkibdə müşavirə keçirib<b style="color:red"></b> Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun yanında prezidentin sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəratinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” uyğun olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə cari ildə respublikamızın müxtəlif ərazilərində salınan yeni qəsəbələrin inşasına cəlb edilmiş tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib.
 
Komitənin mətbuat ximətindən Lent.az-a verilən məlumata görə, Dövlətqaçqınkomun və inşa edilən obyektlərin tikintisinə sifarişçi təşkilat kimi təyin edilmiş Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun məsul işçilərinin və mütəxəssislərinin iştirak etdiyi müşavirədə qeyd olunub ki, məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində cari ildə də işlər uğurla davam etdirilib, indiyədək ağır şəraitdə yaşayan yüzlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu günlərdə Ağdam rayonu ərazisində 632 ailəlik, Hacıqabul rayonu ərazisində 101 ailəlik qəsəbələrə köçürülmə başa çatdırılıb, Beyləqan rayonu ərazisindəki 320 ailəlik qəsəbəyə isə artıq köçürülmə başlanılıb.

Eyni zamanda Gəncədə 600 ailəlik qəsəbə bütün sosial-texniki infrastrukturu ilə birlikdə istifadəyə verilib ki, yaxın vaxtlarda bu qəsəbəyə də köçürmə işlərinə başlanılacaq. Digər bölgələrdə istifadəsi cari ildə nəzərdə tutulmuş qəsəbələrin inşasında da işlər uğurla davam etdirilir və işlərin vaxtında başa çatdırılması üçün müvafiq tədbirlər görülür.

Belə ki, Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkün ailələri üçün bu şəhərin ərazisində 12 ha sahədə inşa olunan hər biri 54 mənzilli, 11 ədəd 9 mərtəbəli yaşayış binalarından ibarət məhəllədə də işlər sürətlə davam etdirilir və 594 ailəlik bu məhəllənin də vaxtında və yüksək keyfiyyətlə təhvil verilməsi, məhəllənin inşasında heç bir geriləmə işlərinə yol verilməməsi, qarşıya qoyulan vəzifələrin vaxtında başa çatdırılması məqsədilə keçirilən müşavirədə Baş nazirin müavini Ə.Həsənov indiyədək görülən işləri və qarşıda duran vəzifələri təhlil edərək burada inşaat işləri aparan tikinti şirkətləri rəhbərlərinin fikirlərini dinləyərək bütün bunlarla bağlı onlara konkret tapşırıqlarını verib.
 





01.12.2014    çap et  çap et