525.Az

Direktorların işə qəbulunda yeni model


 

Direktorların işə qəbulunda yeni model<b style="color:red"></b> Orta məktəb direktorlarının işə qəbulunu yeni modellər həyata keçiriləcək.

Təhsil Nazirliyinin  Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov 525.az-a açıqlamasında deyib ki, hazırda nazirlik direktorluğa namizədlərin bazasının yaradılması istiqamətində işlər görür. Bu baza hazır olduqdan sonra direktor vəzifəsinə qəbul qaydaları tam dəyişdiriləcək.

F.Qədirov bildirib ki, direktor işləmək istəyənlər üçün ehtiyat kadr bazası yaratmaq ideyası Təhsil Nazirliyi tərəfindən irəli sürülüb: “Yəni direktorluğa namizədlər üçün bir imtahanın keçirildiyini elan edək. Sənədləri toplayaq, imtahanı keçirək. Bu müsabiqədən keçənlərin reytinqini müəyyən edək və elan edək ki, bu adamlar müəyyən olunub. Sonra vakant yerlər yarandıqca həmin ehtiyat bazamızdan istifadə edək".

F.Qədirovun sözlərinə görə, imtahan vaxtı bazaya daxil olacaq namizədlərin təhsilin idarə olunması, İKT sahəsində bacarıqlara malik olması yoxlanacaq. Namizədlərin Azərbaycanda aparılan təhsil islahatları ilə bağlı məlumatlı olub-olmaması da nəzərə alınacaq.

Onlar üçün belə bir şərt də qoyulacaq ki, direktor vəzifəsində olarkən nə etmək, nəyi dəyişmək istəyirlər. Bəlkə onun elə təklifi olacaq ki, onu həyata keçirmək mümkün olmayacaq. Yəni bir növ onların gələcək fəaliyyət istiqamətləri nəzərə alınacaq. Bütün bunları yoxlayaraq namizədi bazamıza daxil edəcəyik: “Gələcəkdə vakant yerlər yarandıqda həmin bazadan istifadə ediləcək. Bazaya daxil olan namizədlər artıq imtahan vermədən məktəbə direktor təyin oluna bilərlər”.

S.QARAYEVA
 





20.11.2012    çap et  çap et