525.Az

"Sağlamlıq imkanları məhdud olanlar üçün bərabər imkanlar yaradılıb"


 

"Sağlamlıq imkanları məhdud olanlar üçün bərabər imkanlar yaradılıb"<b style="color:red"></b>

“BMT-nin apardığı statistikaya görə, dünyada sağlamlıq imkanları məhdud olan uşaqlar sağlam uşaqlara nisbətən 4 dəfə çox işgəncələrə məruz qalır”.
 
Lent.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, bu onu göstərir ki, dünyanın bir çox ölkələrində BMT-nin “Əlliliyi olan şəxslərin hüquqlarına dair Konsepsiyası” lazımınca yerinə yetirilmir.

Nazir vurğulayıb ki, dünya üzrə əhalinin 15 faizi, təxminən bir milyarddan çoxu sağlamlıq imkanları məhdud olan şəxslərdir: “Bu göstəricinin 80 faizi məhz inkişaf etmiş dövlətlərin payına düşür”.

S. Müslümov vurğulayıb ki, əlil uşaqların sayı 100 milyon nəfərdir: “Azərbaycanda sağlamlıq imkanları məhdud olan insanlar üçün bərabər imkanlar yaradılıb. İctimai televiziyada yayımlanan “Gerçəkliklər” adlı veriliş bu tipli insanlara həsr edilib”.

S. Müslümov onu da qeyd edib ki, əlillərin cəmiyyətin bütün sahələrində tam şəkildə iştirak etməsi üçün hər cür şərait yaradılmalıdır. “Onlar cəmiyyətdən təcrid olunmamalı və digərlərindən fərqlənməməlidir”

 





03.12.2014    çap et  çap et