525.Az

"Yeni il bayramı öncəsi istehlak bazarında monitorinqlər gücləndiriləcək"


 

"Yeni il bayramı öncəsi istehlak bazarında monitorinqlər gücləndiriləcək"<b style="color:red"></b>

Yeni il bayramı ilə əlaqədar olaraq dekabrın ikinci yarısından etibarən istehlak bazarında monitorinqlər daha da intensivləşdiriləcək.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin “APA-Economics”ə verdiyi məlumata görə, mütəmadi olaraq istehlak bazarında monitorinq aparılmasına baxmayaraq, bayramqabağı bu cür tədbirlər gücləndirilir:

“Bayramda əhalinin bir sıra ərzaq məhsullarına tələbatının artmasını nəzərə alaraq, nəzarəti daha da gücləndiririk. Aparılan nəzarət tədbirlərinin intensivliyini daha da artırırıq ki, əhali daha münasib qiymətlərlə öz tələbatını ödəyə bilsin”.  
 
Onun sözlərinə görə, monitorinqlər zamanı məhsulların keyfiyyətinə xüsusi diqqət yetiriləcək. “Bayram ərəfəsində müxtəlif şənliklər keçirilir, ticarət obyektlərində uşaqlar üçün yeni il hədiyyələri kütləvi şəkildə satışa çıxarılır. Yeni il hədiyyələrindən daha çox uşaqlar istifadə etdiyindən nəzarət tədbirləri gücləndiriləcək. İntensiv nəzarət tədbirləri bayram günlərində də davam etdiriləcək”, - deyə A. Əliyev bildirib.
 
Qeyd edək ki, Yeni il bayramı ilə əlaqədar əhalinin hər növ ərzaq və kənd təsərrüfatı malları ilə təmin olunması, bazardakı qiymətlərdən daha ucuz və keyfiyyətli məhsul əldə etmək məqsədilə Bakı şəhərinin müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkalarının təşkili də nəzərdə tutulur.

 





03.12.2014    çap et  çap et