525.Az

Sərnişin avtobusu aşdı


 

Sərnişin avtobusu aşdı

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün səhər saatlarında Sabunçu rayonu ərazisində, Hava Limanı yolunda qeydə alınıb. “Daewoo” markalı, 54 saylı marşrut avtobusu yoldan çıxaraq aşıb. Nəticədə avtobusdakı sərnişinlərdən 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

 





11.09.2012    çap et  çap et