525.Az

Qobustan həbsxanasında ömürlük məhkum özünü öldürdü


 

Qobustan həbsxanasında ömürlük məhkum özünü öldürdü<b style="color:red"></b>

Azərbaycanda ömürlük məhkum intihar edib.

Bu barədə APA-ya Qaradağ Rayon Prokurorluğundan bildirilib.
 
Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan həbsxanasında qeydə alınıb.
 
Orada cəza çəkən, ömürlük məhkum, 1962-ci il təvəllüdlü Elşən Əsəd oğlu Məmmədov özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 





21.11.2012    çap et  çap et