525.Az

Seyid Camal Əzimbəyli prezidentə müraciət edib


 

Seyid Camal Əzimbəyli prezidentə müraciət edib <b style="color:red"></b>

Məlum olduğu kimi, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun qızı, Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu avtomobil qəzası ilə bağlı həbs edilib.
 
525.az-ın məlumatın görə, məsələyə münasibət bildirən Qarabağ seyid ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli onun azadlığa buraxılmasına tərəfdar olduğunu deyib. Mövzunun fərqli istiqamətlərə yönəldilməsinin düzgün olmadığını qeyd edən C.Əzimbəyli heç kəsin belə bir qəzadan sığortalanmadığını bildirib. Belə bir avtomobil qəzasının hər bir insanın başına gələ biləcəyini vurğulayan C.Əzimbəyli bunları söyləyib: “Bəziləri bu məsələni siyasiləşdirməyə can atır, digərləri isə başqa məqamları qabartmağa səy göstərir. Hesab edirəm ki, belə bir hallara yol verilməməlidir. Bu, bir faktdır ki, Nigar Yaqublu bu qəzanı bilərəkdən törətməyib. Təbii ki, heç kəs belə bir qəzanın törədilməsinə nəticədə kiminsə həyatına son verilməsini istəməz”.

 

C.Əzimbəyli N.Yaqublunun azadlığa buraxılması ilə əlaqədar dövlət başçısı İlham Əliyevə müraciət etdiyini dilə gətirib: “Mən təmsil etdiyim seyid ocaqları adından dövlət başçısı cənab İlham Əliyevə Nigar Yaqublunun həbsdən azad edilməsinə köməklik göstərməsini xahiş edirəm. Bildirmək istəyirəm ki, bu təkcə mənim deyil, milli-mənəviyyat dəyərlərimizin dövlətçiliyimizin mühafizə olunmasında mücadilə edən mənəviyyat adamlarının da istəyidir”. 

 

Qeyd edək ki, N.Yaqublu sentyabrın 11- saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. 

 

AQİL

 

 





21.11.2012    çap et  çap et