525.Az

Noyabrda qiymət azalması qeydə alınıb


 

Noyabrda qiymət azalması qeydə alınıb<b style="color:red"></b>

2014-cü ilin noyabr ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında rəsmi açıqlama yayıb.

“Media forum” saytı xəbər verir ki, açıqlamaya görə, 2014-cü ilin noyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 8,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 9,1 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 2,8 faiz azalıb.

Mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 9,1 faiz, metal filizlərinin hasilatı üzrə 0,9 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətlərində isə 4,6 faiz azalma müşahidə olunub.

Noyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kompüter, elektron və optik məhsulların istehsalı üzrə 9,9 faiz, metallurgiya sənayesi üzrə 4,5 faiz, neft məhsullarının istehsalı üzrə 4,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 2,4 faiz, toxuculuq sənayesi üzrə 2,1 faiz, qida məhsullarının istehsalı üzrə 0,7 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,5 faiz, kimya sənayesi və rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,4 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,3 faiz, içki istehsalı və geyim istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz aşağı düşüb.

 

 





05.12.2014    çap et  çap et