525.Az

Cennifer Lopez "qalatasaraylı" oldu (FOTO)


 

Cennifer Lopez "qalatasaraylı" oldu <b style="color:red">(FOTO)</b>

Bir neçə konsert vermək üçün ötən həftə İstanbula gələn dünya şöhrətli müğənni Cennifer Lopez "qalatasaraylı" olub.

ANS PRESS-in CNNTürk-ə istinadla verdiyi məlumata görə, ulduza futbol klubunun rəsmiləri tərəfindən forma hədiyyə edilib.

Sarı-qırmızılı klubdan verilən açıqlamaya görə,"Mancester Yunayted"in rəsmiləri ilə oteldə yemək yeyən "Qalatasaray" rəhbəri eyni məkanda qalan Cennifer Lopezlə söhbət etdiklərini bildirib. "Rəhbərliyimiz Cennifer Lopezə "Qalatasaray"ın dünyanın önəmli klublarından biri olduğunu deyib. Ona üzərində "J.Lo" yazılan 34 nömrəli klub forması hədiyyə edilib".

Hədiyyə üçün təşəkkür edən JLo Qalatasarayı tanıdığını və belə hədiyyə almaqdan çox xoşbəxt olduğunu deyib.

 





21.11.2012    çap et  çap et