525.Az

Qazaxıstanda Ramiz Mehdiyevin kitabı təqdim olunub - Fotoreportaj


 

Qazaxıstanda Ramiz Mehdiyevin kitabı təqdim olunub - <b style="color:red">Fotoreportaj</b>

Dekabrın 3-də Qazaxıstan Respublikasının Atırau şəhərində X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu tərəfindən “Azərbaycanın Qazaxıstanda biznes investisiya Assosiasiyası”nın maliyyə dəstəyi ilə Qazaxıstanın dövlət orqanları və ictimaiyyət nümayəndələri arasında böyük marağa səbəb olan  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" qazax dilinə tərcümə olunmuş kitabının təqdimatı keçirilib.

525.az-ın məlumatına görə, tədbirdə açan Atırau Dövlət Universitetinin rektoru, professor Beybut Mamrayev "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabını tədbir iştirakçılarına təqdim edərək, əsərin Qazaxıstanda Azərbaycanın tanıdılması sahəsində əhəmiyyətindən, Azərbaycanın müstəqilliyini bərpasından sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən güclü dövlətin yaradılması, iqtisadiyyatın modernləşdirilməsi sahəsində həyata keçirilən siyasi prioritetlərinin işıqlandırıldığını qeyd edib.
 
O, kitabın Qazaxıstan ziyalıları, habelə gənc alimlər tərəfindən Azərbaycanı dərindən tanımaları üçün dolğun mənbə olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Baş konsul Rəşad Məmmədov kitabın qazax dilində nəşr olunması səbəblərindən danışaraq, Azərbaycanın möhkəmləndirilməsi və inkişafı yolunda qazanılan uğurların qazax içtimaiyyətinə çatdırılmasında kitabın önəmini vurğulayıb. Baş konsul Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin geniş şərh edildiyi əsərin qazax ziyalıları, elm adamları, gənc alimlər və dövlət qulluqçuları üçün maraqlı olduğunu qeyd edib.

Baş konsul R.Məmmədov kitabın Qazaxıstanın qərb bölgəsində yerləşən vilayətlərin əksər kitabxanaları, ali təhsil müəssisələri, dövlət təşkilatlarına paylalanıldığını qeyd edərək, qardaş Qazaxıstan Respublikasında ölkəmizin siyasi prioritetlərinin həyata keçirilməsində atılan addımların işaqlandırılması üçün akademik Ramiz Mehdiyevin qazax dilində nəşr olunan "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabının əvəzsiz vasitə olacağını vurğulayıb.

Tədbirin sonunda görüş iştirakşılarına kitabın nüsxələri paylanılıb.

 





06.12.2014    çap et  çap et