525.Az

Bakıda restoran yanıb


 

Bakıda restoran yanıb<b style="color:red"></b> Bakının Yasamal rayonu, Ələskər Ələkbərov küçəsində yerləşən "Balıq Evi" restoranında yanğın baş verib.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın restoranın tavan hissəsini əhatə edib. Yanğın Fövqəladə Hallar Nazirliyinin Yasamal rayon Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə Bölməsinin yanğınsöndürənləri tərəfindən söndürülüb, alovun daha geniş ərazini əhatə etməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.
 





21.11.2012    çap et  çap et