525.Az

XİN: Azərbaycan Yaxın Şərqdə baş verən toqquşmalardan narahatdır


 

XİN: Azərbaycan Yaxın Şərqdə baş verən toqquşmalardan narahatdır<b style="color:red"></b>

“Azərbaycan Yaxın Şərqdə baş verən toqquşmalardan son dərəcə narahatdır və dinc əhalinin əziyyət çəkməsinə, günahsız insanların ölməsinə görə təəssüf hissi keçirir”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Qəzza sektorunda vəziyyəti APA-ya belə şərh edib.
 
O qeyd edib ki, Azərbaycan həmişə münaqişələrin dinc yolla nizamlanması və sülh tərəfdarı olub: “Biz Yaxın Şərq regionunda sülh və əmin-amanlığın bərqərar olmasını istəyirik”.
 
Elman Abdullayev bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi vəziyyəti diqqətlə izləyir və nizamlanma prosesində iştirak edir: “Azərbaycan bundan sonra da BMT Təhlükəsizlik Şurası çərçivəsində bu məsələnin sülh yolu ilə nizamlanmasında iştirak etməyə hazırdır”.
 
Xatırladaq ki, İsrail ordusu noyabrın 14-dən etibarən Qəzza sektorundan endirilən raket zərbələrinə cavab olaraq “Buludlu sütun” əməliyyatına başlayıb. Əməliyyatın gedişində HAMAS-ın Qəzza sektorundakı mövqelərinə aviasiya və artilleriya zərbələri endirilib. Toqquşmalar nəticəsində 5 İsrail vətəndaşı və 140 fələstinli öldürülüb. Atəşkəs haqqında danışıqlar hələlik nəticə verməyib, İsrail Qəzza sektorunda yerüstü əməliyyata başlamağı istisna etmir.

 





21.11.2012    çap et  çap et