525.Az

Azərbaycan diasporunun lideri yaralanıb, mühafizəçisi öldürülüb


 

Azərbaycan diasporunun lideri yaralanıb, mühafizəçisi öldürülüb Bu gün naməlum şəxslər Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk regional şöbəsinin sədri İslam Hüseynovu yaralayıb, onun mühafizəçisi isə qətlə yetirilib.

Trend-in məlumatına görə, bu barədə Ulyanovsk üzrə Daxili İşlər İdarəsinin nümayəndəsi RİA Novosti-yə bildirib.

"Hadisə Lenin küçəsi, 95 ünvanında saat 13:00-da baş verib. İlkin məlumata görə, Hüseynovun mühafizəçisi güman edilən şəxs öldürülüb. Hüseynovun özü isə həyatı üçün təhlükəli olmayan xəsarət alıb", - Dİİ əməkdaşı deyib.

Polis aydınlaşdırıb ki, hər şey mübahisə nəticəsində baş verib.
Qeyri-rəsmi mənbələr isə RİA Novosti-yə diaspor liderinə qəsd barədə danışırlar.
 





11.09.2012    çap et  çap et