525.Az

“Teymur Hüseynlinin ABŞ-da qətlinin təhqiqatı səfirliyimizin nəzarətindədir”


 

“Teymur Hüseynlinin ABŞ-da qətlinin təhqiqatı səfirliyimizin nəzarətindədir”<b style="color:red"></b>

Azərbaycanın ABŞ-dakı səfirliyi azərbaycanlı Teymur Hüseynlinin bu ölkədə qətlə yetirilməsi ilə bağlı təhqiqat işinin diqqətdə saxlayır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, Azərbaycan vətəndaşı, 1981-ci il təvəllüdlü Teymur Rasim oğlu Hüseynlinin Darien şəhərində qətlə yetirilməsi barədə məlumat səfirliyə daxil olduqdan sonra, səfirlik mərhumun Çikaqoda yaşayan yaxınları, İllinoys ştatındakı Azərbaycan diasporu və Darien şəhər polis departamenti ilə əlaqə saxlayıb. Bundan başqa səfirliyin əməkdaşı İllinoysa ştatına ezam olunub. Elman Abdullayevin sözlərinə görə, hazırda cinayət işi ABŞ qurumları tərəfindən təhqiq olunur, lakin təhqiqatın gedişi barədə məlumat verilmir.

Qeyd edək ki, həlak olan şəxs səfirlikdə konsulluq qeydiyyatında olmayıb. Teymur Hüseynli noyabrın 17-dən 18-nə keçən gecə Darien şəhərində bıçaqlanaraq qətlə yetirilib. “Chicago Tribune” qəzetinin yazdığına görə, qətli törətməkdə şübhəli bilinən Cozef Spitalli adlı şəxs saxlanıb. O istintaq verdiyi ilkin ifadədə qətli qısqanclıq zəminində törətdiyini deyib.

 





21.11.2012    çap et  çap et