525.Az

Gülər Əhmədova: “Ötən gün prokurorluqda ifadə vermişəm”


 

Gülər Əhmədova: “Ötən gün prokurorluqda ifadə vermişəm”<b style="color:red"></b>

“Bu məsələdə sona qədər istintaqa kömək edəcəyəm”

Milli Məclisin sabiq deputatı Gülər Əhmədova yenidən prokurorluqda ifadə verib.

Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, G. Əhmədova ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı video görüntü ilə bağlı başlanmış cinayət işi üzrə ötən gün Bakı şəhər Prokurorluğuna çağırılıb və onun ifadəsi alınıb.

G. Əhmədova APA-ya açıqlamasında məlumatı təsdiqləyib. O, qeyd edib ki, prokurorluqda ifadə verməkdə məqsədi istintaqa kömək etmək olub: “Mən əvvəl də demişəm ki, sona qədər bu məsələdə istintaqa kömək edəcəyəm. Məhz buna görə, mandatdan imtina etmişəm. İmtina ərizəmdə də istintaqa yaxından köməklik göstərəcəyimə və bütün bildiklərimi açıqlayacağıma söz vermişəm”.
 
G. Əhmədova bəzi mətbuat orqanlarında onun əleyhinə kampaniya aparıldığını da bildirib: “Bəzi mətbuat vasitələrində əleyhimə yazılar gedir. Bunların hamısı yalandır. Mən heç vaxt ölkədən qaçmaram. Bəzi qüvvələr belə məlumatları yaymaqla istintaqa təzyiq etmək, mənim 16 illik ictimai-siyasi fəaliyyətimə xələl gətirmək istəyirlər”.

 





21.11.2012    çap et  çap et