525.Az

Nadir səhləb gülünə prezident İlham Əliyevin adı verildi


 

Nadir səhləb gülünə prezident İlham Əliyevin adı verildi <b style="color:red"></b>

Prezident İlham Əliyev Sinqapura dövlət səfəri çərçivəsində noyabrın 21-də bu ölkənin paytaxtındakı Milli Səhləb Bağı ilə tanış olub. 

525.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, bağın icraçı direktorunun müavini Leonq Çi Çieu dövlət başçısına buradakı nadir bitkilər barədə məlumat verib.

Bildirilib ki, Milli Səhləb Bağında yetişdirilən və dünyanın heç bir yerində olmayan nadir səhləb gülünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı verilib.

Həmin gülün sertifikatı dövlətimizin başçısına təqdim olunub.

Prezident İlham Əliyev Sinqapur Milli Səhləb Bağının fəxri qonaqlar kitabını imzalayıb. Daha sonra İlham Əliyev Sinqapur botanika bağları kompleksinin ərazisindəki Milli Səhləb Bağı ilə tanış olub. İlham Əliyevə Milli Səhləb Bağında mövcud olan suvarma sistemləri və soyuq şəraitdə bitkilərin yetişdirilməsi barədə məlumat verilib. Sonda dövlətimizin başçısına Milli Səhləb Bağının fəaliyyəti və burada yetişdirilən növlər barədə məlumatların toplandığı kitab və bukletlər təqdim olunub.

 





21.11.2012    çap et  çap et