525.Az

“Peşəkar jurnalist fəaliyyəti heç kimə immunitet hüququ vermir”


 

“Peşəkar jurnalist fəaliyyəti heç kimə immunitet hüququ vermir”<b style="color:red"></b>

“Jurnalist Xədicə İsmayılovanın həbsində hər hansı bir siyasi məqam və ya jurnalist fəaliyyəti ilə bağlılıq yoxdur, o, konkret bir şəxsin - vaxtilə həmkar olduğu bir gəncin şikayəti ilə saxlanıb və haqqında həbs qətimkan tədbiri seçilib”.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev jurnalist Xədicə İsmayılovanın həbsi ilə əlaqədar açıqlamasında belə deyib.

Azay Quliyev bildirib ki, əvvəllər münasibətləri olmuş şəxslər arasında baş verən hadisəyə digərinin şikayəti əsasında hüquq mühafizə orqanlarının qanuni reaksiyasına siyasi don geyindirilməsi cəhdi anlaşılan deyil və qətiyyən yolverilməzdir:

“Ən azı ona görə ki, Xədicə İsmayılova hökumət qurumlarının ittihamı ilə deyil, öz həmkarı və yaxın münasibətdə olan şəxsin şikayəti ilə həbs olunaraq haqqında araşdırmalar aparılır. Hamı bilməlidir ki, siyasi fəaliyyət, peşəkar jurnalist fəaliyyəti heç kimə məhkəmə təqibindən immunitet hüququ vermir. Azərbaycan Respublikasında söz, mətbuat və informasiya azadlıqları mövcuddur və heç kim bu fəaliyyətə görə təqib olunmur”.

Dekabrın 5-də Səbail Rayon Məhkəməsi “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Qərar Bakı Şəhər Prokurorluğunun təqdimatı əsasında qəbul edilib.

Təqdimat jurnalist Tural Mustafayevin intihara cəhdinin istintaqı ilə əlaqədardır. Tural Mustafayev oktyabrın 20-si Bakıda “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd edib. İstintaq iddia edir ki, Tural Mustafayevi Xədicə İsmayılova özünü öldürmə həddinə çatdırıb

 





08.12.2014    çap et  çap et