525.Az

Müdafiə Nazirliyi: "Ermənilərin yaydığı məlumatların heç bir əsası yoxdur"


 

Müdafiə Nazirliyi: "Ermənilərin yaydığı məlumatların heç bir əsası yoxdur"<b style="color:red"></b> "Ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin guya cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur".
 
525.az-ın məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı (MN) açıqlamada bildirilir.
 
«Bu, Ermənistan Silahlı Qüvvələrinin verdiyi itkilərin sayının gizlədilməsi məqsədilə atılan növbəti addımdır. Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu vəziyyətə tam nəzarət edir», - deyə MN bəyan edib.
 
Qeyd edək ki, bu gün bir sıra erməni KİV-i Qarabağ cəbhəsində Azərbaycan Ordusunun diversiya qruplarının qarşı tərəfə sızmasının qarşısının alınması və Azərbaycan tərəfinin itki verməsi barədə məlumat yayıb.
 





08.12.2014    çap et  çap et